Dünya Kuboku: Azərbaycan millisi bu gün finalda İranla üz-üzə gələcək
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq.
BAKU.WS xəbər verir ki, yarışın sonuncu günündə mükafatçılar bəlli olacaq.
İlk olaraq üçüncü yer uğrunda görüşdə Türkiyə və dünya yığması üz-üzə gələcək. Bu qarşılaşmanın ardından Azərbaycan və İran milliləri qızıl medal üçün xalçaya çıxacaq.
Azərbaycan komandası B qrupunda dünya yığmasına qalib gəlib. Serbiya seçməsi koronavirusa kütləvi yoluxma ucbatından yarışa qatılmadığı üçün texniki məğlubiyyət alıb.
İran kollektivi isə A qrupunda Türkiyə və Qırğızıstandan güclü olub.
Oxşar xəbərlər
Azərbaycan millisi Dünya Kubokunda finala yüksəlib
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib. Komanda B qrupunda gərgin keçən qarşılaşmada dünya yığmasına qalib g...