Dünya çempionatı: Olimpiya Oyunlarına lisenziya qazananlar məlum oldu - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda atıcılıq üzrə 53-cü dünya çempionatında qadınlar arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə yarışda Çin komandasının üzvləri fəallıq nümayiş etdirib.
251.4 xal toplayan çinli Jiayu Han qızıl medala sahib olub. Gümüş medala da Çindən olan atlet yiyələnib. 250.2 xal toplayan Jiin Vanq həmyerlisindən az fərqlə geri qalıb. Bürünc medalı isə 229.8 xalla Hindistanı təmsil edən Mehuli Qoş bayram edib. Komanda yarışında isə Hindistan birinci, Çin ikinci, Almaniya üçüncü olub.
Əldə olunan nəticələrə əsasən, Jiayu Han (Çin), Mehuli Qoş (Hindistan), Şermineh Çehel Amirani (İran), və Audri Qoqniat (İsveçrə) “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar.
Qalereya
Oxşar xəbərlər
Bakıda atıcılıq üzrə 53-cü dünya çempionatı davam edir - FOTO/VİDEO
Bakıda atıcılıq üzrə 53-cü dünya çempionatı davam edir. Bu gün kişilər arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəşaçma yarışları keçirilib. İsveçli Vikto...