Dünya çempionatı: gümüş medal qazanan Azərbaycan millisi mükafatlandırılıb

23
avq
2023
12:55
Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında ikinci yeri tutan Azərbaycan millisi mükafatlandırılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, 25 metr məsafəyə tapançadan standart atəşaçma yarışının qalibləri medallarını alıblar.
Mükafatlandırma mərasimində Zeynəb Sultanova, Nigar Nəsirova və Nərminə Səmədovadan ibarət “üçlüy”ə gümüş medalı gənclər və idman naziri Fərid Qayıbov təqdim edib.
Yarışda Çin qızıl, Hindistan isə bürünc medal qazanıb.
Oxşar xəbərlər
Nazir xarici ölkələri təmsil edən azərbaycanlı idmançılardan danışdı: Onlar... - MÜSAHİBƏ
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ölkədə fəaliyyət göstərən dörd böyük informasiya agentliyinə müsahibə verib. “Report” müsahibəni təqdim edir:...
