Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçisi finala yüksəlib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın yunan-Roma güləşçisi Yusif Əhmədli Türkiyənin İstanbul şəhərində start götürən U-17 dünya çempionatında finala yüksəlib.
"Report"un məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda özbəkistanlı İslambek Kərimcanova 12:4 hesabı ilə qalib gəlib. Həlledici görüşdə onun rəqibi Zaur Beslekoyev (AİN) olacaq.
48 kq-da çıxış edən Elnar Ziyadov və 80 kq-da mübarizə aparan Elmin Əliyev isə bürünc medal uğrunda təsəlliverici görüşlərə çıxacaqlar. Onlar müvafiq olaraq, Maksim Bradyak (AİN) / Haruka Şiina (Yaponiya) cütünün qalibi və Erik Matevosyan (Ermənistan) ilə qarşılaşacaqlar.
Qeyd edək ki, dünya çempionatı avqustun 6-dək davam edəcək.
Oxşar xəbərlər
Azərbaycan “Böyük dəbilqə”də daha bir medal qazanıb
Azərbaycan cüdoçusu Uşangi Kokauri Bakıda keçirilən Böyük Dəbilqədə bürünc medal uğrunda görüşə çıxıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 100 kq-dan yu...