Dünya çempionatı: Azərbaycan paralimpiyaçısı qızıl medal qazanıb
15
iyn
2022
21:47
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan para-üzgüçüsü Vəli İsrafilov Portuqaliyanın Madeyra şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, Tokio-2020 Yay Paralimpiya Oyunlarının qalibi 100 metr məsafəyə brass üsulu ilə üzmə növündə 1.05.66 dəqiqəlik nəticə göstərib.
Bununla milli komandanın yarışda qazandığı medalların sayı 4-ə çatıb. Daha əvvəl Roman Saley 1 qızıl və 2 gümüş medal əldə edib.
Oxşar xəbərlər
Paralimpiya çempionumuz yenə gümüş medalla kifayətləndi
Azərbaycan paraüzgüçüsü Raman Saley dünya çempionatında ikinci gümüş medalını qazanıb. BAKU.WS Milli Paralimpiya Komitəsinin yaydığı məlumata istinadən xəbər ve...