DİN: Bakı Olimpiya Stadionu tam nəzarətə götürülüb

10
iyn
2021
12:19
Bakı Olimpiya Stadionu və onun ətrafı polis əməkdaşları tərəfindən tam nəzarətə götürülüb.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təhlükəsizlik tədbirlərinin görülməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib.
Qeyd edək ki, AVRO-2020 iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə-İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
Oxşar xəbərlər
AVRO-2020: Bakıdakı oyunlara bilet satışının bərpa vaxtı məlum oldu
AVRO-2020-nin Bakıda oyunları üçün bilet satışının bərpa ediləcəyi tarix bəlli olub. BAKU.WS "report"a istinadən xəbər verir ki, biletlər mayın ortalarından sat...
