Dieqo Maradona karantinə alındı
                            
                                27
                                okt
                            
                                2020
                                23:22
                            
                            "Ximnasiya və Esqrima" komandasının baş məşqçisi Dieqo Maradona karantinə alınıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, buna 60 yaşlı mütəxəssisin koronavirusa yoluxmuş şəxslə təmasda olması səbəb olub.
Əfsanəvi futbolçu cümə axşamı koronavirus testindən keçəcək. Testin nəticəsi mənfi olacağı təqdirdə o, cümə günü "Patronato" ilə matçda komandasına rəhbərlik edə biləcək.
Qeyd edək ki, Dieqo Maradona 2019-cu ilin sentyabrında "Ximnasiya və Esqrima"ya baş məşqçi təyin olunub.
Oxşar xəbərlər
“Ailəmi bura gətirməyəcəm” - Millimizin yeni baş məşqçisi - VİDEO
Azərbaycan milli komandasının yeni baş məşqçisi Canni De Byazinin “Qafqazinfo”ya müsahibəsi: - Öncə milli komandanın baş məşqçisi postuna aldığınız dəvətdən və...