DÇ-2022: Serbiya - Kamerun oyununda qalib müəyyənləşmədi - YENİLƏNİB-4
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya Çempionatı 2022 çərçivəsində keçirilən Serbiya-Kamerun qarşılaşması 3:3 hesabı ilə yekunlaşıb.
***15.36
Kamerun yığması iki dəqiqəyə iki qol vuraraq oyunda hesabı 3:3 edib.
Qarşılaşmanın 64-cü dəqiqəsində Abubakar, 66-cı dəqiqəsində isə Chupo-Motinq fərqlənib.
***15.20
Mitroviç oyunun 53-cü dəqiqəsində komandasının 3-cü qoluna imza atıb.
**14.51
Milinko Saviç ilk hissəyə əlavə olunmuş dəqiqələrdə Serbiyanı önə keçirib - 2-1.
***14.45
Qarşılaşmanın 45-ci dəqiqəsində Pavloviç Kamerunla oyunda qol vuraraq hesaba tarazlıq gətirib.
***14.33
Qarşılaşmanın 29-cu dəqiqəsində Kamerun yığmasının futbolçusu Kastelletto komandasını önə keçirib.
***14.00
Qətərdə keçirilən dünya çempionatında Kamerun və Serbiya yığmaları arasında G qrupunun II tur oyunu başlayıb.
Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayıb.
Oxşar xəbərlər
DÇ-2022: Xorvatiya ilk qələbəsini qazanıb, Kanada mərhələ şansını itirib - YENİLƏNİB
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin ikinci turunda daha bir oyun baş tutub. Günün üçüncü matçında F qrupunda Xorvatiya və Kanada...