DÇ-2022: Ekvador millisi Niderlandla oyunda hesabı bərabərləşdirib - YENİLƏNİB
Qətərdə keçirilən dünya çempionatında Niderland və Ekvador yığmaları arasında A qrupunun II tur oyununda hesab bərabərləşib.
Cənubi Amerika təmsilçisi Enner Valensiyanın 49-cu dəqiqədə vurduğu qolla tarazlığı bərpa edib.
***20:07Qətərdə keçirilən dünya çempionatında Niderland və Ekvador yığmaları arasında A qrupunun II tur oyununda erkən qol vurulub.
Qarşılaşmanın 6-cı dəqiqəsində Kodi Qakpo Avropa təmsilçisini hesabda önə keçirib.
***20:01
Qətərdə keçirilən dünya çempionatında Niderland və Ekvador yığmaları arasında A qrupunun II tur oyunu başlayıb.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.
***19:50
Qətərdə keçirilən dünya çempionatında A qrupunun II turunda üz-üzə gələcək Niderland və Ekvador yığmalarının start heyətləri açıqlanıb.
Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq:
Niderland: Andris Noppert, Denzel Dümfris, Vircil van Deyk (k), Natan Ake, Deyli Blind, Frenki De Yong, Kodi Qakpo, Devi Klassen, Stiven Berqveyn, Yurrien Timber, Tön Kopmeyners
Ekvador: Ernan Qalindes, Feliks Torres, Pyero İnkapye, Pervis Estupinyan, Anxelo Presiado, Qonsalo Plata, Ceqson Mendes, Moyses Kaysedo, Mikael Estrada, Enner Valensiya (k), Cekson Poroso
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Oxşar xəbərlər
DÇ-2022: Portuqaliya Qanaya qalib gəlib - YENİLƏNİB
Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və Qana yığmaları arasında H qrupunun ilk tur oyunu başa çatıb. Qarşılaşma Portuqaliyanın 3:2 hesablı qələbəsi...