DÇ-2022: Azərbaycan qrupda ilk xalını qazandı - YENİLƏNİB

DÇ-2022: Azərbaycan qrupda ilk xalını qazandı - YENİLƏNİB
İdman 372

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Dublində qarşılaşan İrlandiya və Azərbaycan milli komandaları arasında oyun sülhlə başa çatıb.

BAKU.WS xəbər verir ki, 1:1 hesabı ilə başa çatan oyun nəticəsində Azərbaycan milli komandası qrupda ilk xalını qazanıb.

***

21.52

İrlandiya - Azərbaycan oyununda ikinci qol vurulub.

BAKU.WS xəbər verir ki, İrlandiyanın oyunçusu Şeyn Daffi 87-ci dəqiqədə komandamızı mərkəzə dəvət edib.

***

20.52

İrlandiya və Azərbaycan milli komandalarının qarşılamasında hesab açılıb.

BAKU.WS xəbər verir ki, Azərbaycan millisi Emin Mahmudovun 45+1-ci dəqiqədə vurduğu qol ilə önə keçib.

***

20.18

İrlandiya və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyunu start götürüb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Matçı Fransadan olan FIFA referisi Jerom Brisar idarə edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər