DÇ-2022: Bu gün ilk finalçı bəlli olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Qətərdə təşkil olunan dünya çempionatında bu gün yarımfinal mərhələsinə start veriləcək.
BAKU.WS xəbər verir ki, bu raundun ilk oyununda Argentina və Xorvatiya yığmaları üz-üzə gələcəklər. Bununla da mundialda ilk finalçı bəlli olacaq.
"Lusail" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Cənubi Amerika təmsilçisi əvvəlki mərhələdə Niderlandı, avropalılar isə Braziliyanı mübarizədən kənarlaşdırıb.
Argentina 2014-cü il, Xorvatiya isə 2018-ci il dünya çempionatının finalçısı olub.
DÇ-2022
Yarımfinal
13 dekabr
23:00. Argentina - Xorvatiya
Baş hakim: Daniele Orsato (İtaliya)
Qeyd edək ki, yarımfinalın digər matçında Fransa millisi Mərakeşi sınağa çəkəcək.
Oxşar xəbərlər
DÇ-2022: Argentina millisi yarımfinalda Xorvatiyaya rəqib olub - YENİLƏNİB
Argentina millisi Qətərdə keçirilən dünya çempionatının yarımfinal mərhələsində Xorvatiyaya rəqib olub. Lionel Skaloninin baş məşqçisi olduğu komanda 1/4 finald...