DÇ-2022: Portuqaliya millimizi 3 cavabsız qolla məğlub etdi - VİDEO/YENİLƏNİB

DÇ-2022: Portuqaliya millimizi 3 cavabsız qolla məğlub etdi - VİDEO/YENİLƏNİB
Video
İdman 180

Azərbaycan - Portuqaliya matçı başa çatıb.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, millimiz Portuqaliyaya 0:3 hesabı ilə məğlub olub.

Qarşılaşmada üçüncü qolu 75-ci dəqiqədə Dieqo Jota vurub. Oyun elə bu hesabla da başa çatıb.

***

20.40

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Portuqaliya matçında ikinci qol vurulub.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, qarşılaşmanın 31-ci dəqiqəsində Andre Silva hesab arasındakı fərqi artırıb.

O, Jotanın ötürməsindən sonra dəqiq oynayıb.

Qarşılaşmanın 26-cı dəqiqəsində isə qonaqlar hesabı açmışdılar. Bernardo Silva ilk qolun müəllifi olub.

***

20.15

Azərbaycan və Portuqaliya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyunu start götürüb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən görüş saat 20:00-da başlayıb.

Qarşılaşmanı italiyalı FIFA referisi Marko Quida idarə edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər