DÇ-2026: Fransa İsveçi məğlub edərək 1/8 finala yüksələn növbəti komanda olub
01
iyl
2026
07:14
Futbol üzrə dünya çempionatında Fransa İsveçi məğlub edib.
BAKU.WS xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən 1/16 final mərhələsinin matçında fransızlar 3:0 hesablı qələbəyə seviniblər.
Baş məşqçi Didye Deşamın rəhbərlik etdiyi kollektivdə 45 və 74-cü dəqiqələrdə Kilian Mbappe dubl edib. Digər qolu isə 53-cü dəqiqədə Bradli Barkola vurub.
Qeyd edək ki, bu qələbədən sonra 1/8 finala yüksələn Fransa seçməsinin rəqibi Paraqvay komandası olacaq.
Oxşar xəbərlər
Deşamın Mbappeyə jesti gündəm oldu - Baş əydi
Fransa millisinin baş məşqçisi Didye Deşamın İsveçlə qarşılaşmada Kilian Mbappeyə etdiyi hərəkət sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. BAKU.WS xəbər...