DÇ-2018: Rusiya – Səudiyyə Ərəbistanı - 5:0
14
iyn
2018
23:06
Bu gün dördilliyin ən böyük futbol yarışı start götürüb. Apasport.az saytının məlumatına görə, Rusiyada təşkil olunan DÇ-2018 elə meydan sahiblərinin oyunu ilə başlayıb.A qrupunda yarışan şimal qonşularımız turnirə Səudiyyə Ərəbistanı ilə matçla start veriblər. Stanislav Çerçesovun yetirmələri DÇ-yə uğurlu başlamağa müfəvvəq olublar. Görüşə sürətli başlayan ruslar ilk hissədəcə asiyalıları iki dəfə mərkəzə dəvət ediblər. Mundialın ilk qolunun müəllifi Yuri Qazinski olubsa, fasilə ərəfəsində Denis Çerışev fərqi 2 topa çatdırıb.Lakin bu da son olmayıb. 70-ci dəqiqədə meydana daxil olan Artyom Dzyuba cəmi 1 dəqiqə sonra toru silkələyib. Əlavə edilmiş ilk dəqiqədə Çerışev fantastik qolla dublunu rəsmiləşdirib. Qarşılaşmada son nöqtəni isə cərimə zərbəsindən Aleksandr Qolovin qoyub. Beləliklə, Rusiya yığması açılış matçında doğma azarkeşləri önündə böyükhesablı qələbə qazanıb.DÇ-2018I turA qrupuRusiya – Səudiyyə Ərəbistanı - 5:0Qollar: Yuri Qazinski, 12; Denis Çerışev, 43, 90+1, Artyom Dzyuba, 71; Aleksandr Qolovin, 90+4Sarı vərəqələr: Aleksandr Qolovin, 88 - Taysir əl-Cassim, 90+3Baş hakim: Nestor PitanaYan xətt hakimləri: Xuan Pablo Belyati, Ernan Maydana (hamısı Argentina)Dördüncü hakim: Sandru Riççi (Braziliya)Rusiya, Moskva. “Lujniki” stadionu.BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev dünya çempionatının açılış mərasimində iştirak edib
İyunun 14-də Moskvadakı “Lujniki” stadionunda futbol üzrə növbəti dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.Azərbaycan Respublikasının Prezidenti...