David Luiz: Bakı Olimpiya Stadionu bizim üçün uğurludur
28
may
2019
22:34
UEFA Avropa Liqası mötəbər turnirdir. Hər bir komanda bu turnirin qalibi olmaq istəyir. Finala yüksələn hər iki komanda böyük klubları təmsil edir. Bu turnirin qalibi adını qazanmaq həm “Çelsi”, həm də “Arsenal” üçün böyük uğur deməkdir. Ona görə, hesab edirəm ki, sabahkı oyunda hər iki komandanın üzərində böyük təzyiq olacaq. Sabah biz 2013-cü ildəki uğurumuzu təkrarlamağa çalışacağıq. Hesab edirəm ki, sabah çox unudulmaz bir final qarşılaşması olacaq. Çalışacağıq ki, “Çelsi” klubu qalib gəlsin.Bunu “Çelsi” klubunun müdafiəçisi David Luiz mayın 28-də Bakı Olimpiya Stadionunda təşkil olunan mətbuat konfransında deyib.Bakı Olimpiya Stadionunda daha əvvəl də oyun keçirdiklərini xatırladan David Luiz bildirib: “UEFA Çempionlar Liqasının qrup mərhələsində bu arenada “Qarabağ” komandası ilə qarşılaşmışdıq və həmin oyunda qalib gəlmişdik. Hesab edirəm ki, möhtəşəm Bakı Olimpiya Stadionu bizim üçün çox uğurludur. Bu stadion ilə bağlı xoş xatirələrimiz var”.Braziliyalı müdafiəçi final matçının başlama vaxtının (saat 23:00) futbolçular üçün hər hansı çətinlik yaradıb-yaratmaması ilə bağlı suala cavabında deyib: “Bu oyun başlayanda Londonda axşam saat 8 olacaq. Ona görə də hesab edirəm ki, bu, İngiltərədəki azarkeşlər üçün heç bir çətinlik yaratmayacaq. Futbolçulara gəldikdə, demək istərdim ki, düzdür, saat fərqinə uyğunlaşmaq lazımdır. Ancaq bunun bizim oyunumuza təsir edəcəyini düşünmürəm. Oyunun gec başlaması əsasən yerli azarkeşlər üçün çətinlik yarada bilər. Çünki matç məhz onlar üçün gec saatda başlayacaq”.Vaxtilə “Çelsi” komandasının formasını geyinmiş qanalı Maykl Essienin hazırda Azərbaycanın “Səbail” futbol klubunda çıxış etməsi ilə əlaqədar suala cavabında David Luiz deyib: “Maykl Essien çox istedadlı futbolçudur. Azərbaycan çempionatında çıxış etməsi onun öz qərarıdır”.
Oxşar xəbərlər
Sezar Azpiliketa: Sabah qalib olmaq üçün meydana çıxacağıq
Biz bütün oyunlarda qalib gəlmək üçün mübarizə aparırıq. Belə olmadıqda çox məyus oluruq. Sabah UEFA Avropa Liqasının qalibi olmaq üçün meydana çıxacağıq. Bu, b...