Daha bir əcnəbi Azərbaycan milli futbol komandasında - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Filip Ozobiç artıq Azərbaycan milli komandasının heyətində çıxış edə bilər.
BAKU.WS AFFA-ya istinadən xəbər verir ki, hazırda "Qarabağ" klubunun üzvü olan futbolçu Filip Ozobiçin Azərbaycan milli komandasında çıxış etməsinə razılıq verilməsi ilə əlaqədar AFFA tərəfindən FIFA-ya ünvanlanmış müraciət müsbət cavablandırılıb.
Bununla bağlı bu gün FIFA-dan AFFA-ya müvafiq məktub daxil olub.
Xatırladaq ki, Filip Ozobiçin ölkəmizdə fasiləsiz olaraq fəaliyyət göstərməsinin 5 ili artıq tamam olub və FIFA-nın tətbiq etdiyi mövcud qaydalara əsasən, futbolçu Azərbaycan milli komandasının heyətində çıxış edə bilər.
Qalereya
Oxşar xəbərlər
FİFA Azərbaycanın bu futbol klubunun akademiyasını 3 il maliyyələşdirəcək
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib. BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağı...