Cüdo üzrə yeniyetmə qızlar arasında ACF Kuboku keçiriləcək
Noyabrın 1-də Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə 18 yaşa qədər yeniyetmə qızlar arasında ACF Kuboku keçiriləcək.
BAKU.WS xəbər verir ki, turnirdə 8 çəki dərəcəsində təxminən 200-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaq.
Bu il ərzində ümumilikdə üç belə turnirin keçirilməsi nəzərdə tutulur. Yarışların nəticəsinə əsasən formalaşacaq reytinq siyahısında ilk yerləri tutan idmançılar yeniyetmə qızlardan ibarət milli komandanın tərkibinə daxil ediləcək.
Turnir Hövsan qəsəbəsindəki Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində baş tutacaq.
Oxşar xəbərlər
Avropa çempionatı: Hidayət Heydərov gümüş medal qazandı
Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında gümüş medal qazanıb. BAKU.WS report-a istinadən xəbər verir k...