Cüdo üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olundu

Cüdo üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olundu
İdman 98

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Ramiz Ramizzadəni Rüstəm Alimi əvəzləyib.

Bildirilib ki, Ramizzadənin vəzifəsindən azad olunması Göygöl Olimpiya İdman Kompleksində baş vermiş xoşagəlməz hadisə ilə əlaqədar deyil: "Baş məşqçi federasiya ilə qarşılıqlı razılaşma əsasında tutduğu vəzifədən ayrılıb. Göygöldə özünü pis hiss edən cüdoçular 15 yaşadək idmançılardır. Ramizzadə isə 15 yaşdan yuxarı - 18 yaşadək idmançılardan ibarət yığmanın baş məşqçisi olub. Onun Göygöldəki hadisə ilə bağlı işdən azad edilməsi bu baxımdan mümkün deyil".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər