ÇL: "Araz Naxçıvan" ilk görüşdə rəqibini darmadağın etdi
Yeniliklərdən dərhal xəbərdar olun
"Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəyə start verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, son ölkə çempionu F qrupundakı ilk oyununda Cəbəllütariqin "Europa" kollektivi ilə üz-üzə gəlib.
Latviyanın Salaspils şəhərində keçirilən qarşılaşma Azərbaycan təmsilçisinin 9:2 hesablı qələbəsi ilə yekunlaşıb.
"Araz-Naxçıvan”ın heyətində Emanuel Rodriges (3), Amir Şojaei, Xətai Bağırov, Conatas Felipe (2) və İsa Atayev fərqlənib. Bundan əlavə rəqibin oyunçusu Diaz Qalleqo avtoqol müəllifi olub.
Qeyd edək ki, ilkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Avqustun 20-dən 25-dək keçiriləcək matçlar Almaniya, İsveçrə, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Albaniya və Monteneqroda təşkil edilir. Reqlamentə uyğun olaraq, 9 komanda - 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.
Oxşar xəbərlər
“Neftçi” UEFA Avropa Liqasında mübarizəni dayandırdı
UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən “Neftçi” - “Qalatasaray” oyunu başa çatıb. BAKU.WS xəbər verir ki,...