Çinli atlet Bakıda dünya rekordunu yenilədi - FOTO
Bu gün Bakıda atıcılıq üzrə dünya çempionatı yarışları olimpiya növündə kişilər arasında 25 metr məsafəyə tapançadan cəld atəş növündə davam edib.
40 atışdan 39-nu dəqiq yerinə yetirən çinli Li Yuehonq dünya rekordunu yeniləyərək qızıl medala sahib olub. Gümüş medala Fransadan olan atlet yiyələnib. Klement Bessaq 30 dəqiq atışla diqqət çəkib. Bürünc medalı Almaniyanı təmsil edən Florian Peter bayram edib (24 dəqiq atış).
Komanda yarışında isə Çin birinci, Almaniya ikinci, Koreya üçüncü olub.
Bu yarışda finala yüksəlmiş Çin, Estoniya, Yaponiya, Ukrayna komandasının üzvləri öz ölkələrinə “Paris-2024” Yay Olimpiya Oyunlarına iştirak üçün lisenziya qazandırıblar.
Çinli Yi Yuehonq yarış başa çatandan sonra qalibiyyətlə bağlı təəssüratlarını bölüşüb: “Arzularım yerinə yetdi. Bu uğuru xəyal edirdim. Özümü çox xoşbəxt hiss edirəm. Yarış mənim üçün çox yaxşı keçdi. Bu, ilk dünya çempionluğumdur. Komanda şəklində bu uğura nail olmuşduq, amma fərd olaraq mənim üçün ilkdir”.
Mümkün 40 hədəfdən 39-unu dəqiq nişan alan 33 yaşlı atıcı növbəti hədəfindən də danışıb: “Mənim üçün dünya çempionatında çıxış etmək çox vacibdir. Qızıl medalla dünya rekordu arasında fərq qoya bilmərəm. Bu uğurdan sonra məqsədim Paris-2024 Olimpiadasında “qızıl” olacaq. Amma çox çətin görünür. İndiyə qədər olimpiadalarda iki dəfə bürünc medal qazanmışdım, bu dəfə qızıl medal üçün mübarizə aparacağam”.
Qalereya
Oxşar xəbərlər
Bakıda atıcılıq üzrə 53-cü dünya çempionatı davam edir - FOTO/VİDEO
Bakıda atıcılıq üzrə 53-cü dünya çempionatı davam edir. Bu gün kişilər arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəşaçma yarışları keçirilib. İsveçli Vikto...