Çexiyalı futbolçu Bakıda Milan Baroşun rekordunu təkrarladı

Çexiyalı futbolçu Bakıda Milan Baroşun rekordunu təkrarladı
İdman 140

Çexiya millisinin futbolçusu Patrik Şik yeni uğura imza atıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 25 yaşlı hücumçu buna Avropa çempionatının 1/4 final mərhələsində Bakı Olimpiya Stadionunda Danimarkaya qarşı keçirdikləri oyunda nail olub.

49-cu dəqiqədə hesab arasındakı fərqi azaldan forvard AVRO-2020-də 5-ci dəfə rəqib qapılarına yol tapıb və bir qitə çempionatında vurulan qolların sayına görə millinin sabiq oyunçusu Milan Baroşa çatıb.

Baroş AVRO-2004-də 5 qolla yadda qalıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər