Çempionlar Liqasının püşkü atıldı: "Çelsi" - "Real"

Çempionlar Liqasının püşkü atıldı: Çelsi - Real
İdman 149

Çempionlar Liqasında mövsümün son püşkatma mərasimi keçirilib.

BAKU.WS Apasport.az-a istinadla xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində baş tutub.

Qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 8 komanda dörd cütü müəyyənləşdirib. Bu raundun iki cütündə İngiltərə və İspaniya klublarının iki dueli baş tutacaq. Son qalib “Çelsi” kuboku ən çox qazanan “Real”la üz-üzə gələcək. 1/4 final mərhələsinin ilk matçları aprelin 5-6-da, cavab görüşləri 12-13-də keçiriləcək.

Püşkatmada yarımfinalda qarşılaşacaq cütlər, həmçinin finalın nominal meydan sahibi də bəlli olub. Yarımfinal aprelin 26-27-də və mayın 3-4-də, final mayın 28-də Fransanın paytaxtı Parisdə keçiriləcək.

Çempionlar Liqası1/4 final1. “Çelsi” (İngiltərə) - “Real” (İspaniya)2. “Mançester Siti” (İngiltərə) - “Atletiko” (İspaniya)3. “Vilyarreal” (İspaniya) - “Bavariya” (Almaniya)4. “Benfika” (Portuqaliya) - “Liverpul” (İngiltərə)

1/2 final5. 2-ci cütün qalibi - 1-ci cütün qalibi6. 4-cü cütün qalibi - 3-cü cütün qalibi

Final7. 6-cı cütün qalibi - 5-ci cütün qalibi

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər