Çempionlar Liqasının formatı dəyişdiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Çempionlar Liqasında yarımfinal və final oyunlarının formatını dəyişdirməyə hazırlaşır.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə qurumun prezidenti Aleksander Çeferin məlumat verib.
O bildirib ki, yeniliklər ən tez 2024/2025 mövsümündən tətbiq oluna bilər.
Çeferinin sözlərinə görə, bir çox klub prezidentləri, o cümlədən PSJ-nin sahibi Nasser Əl-Xəlafi də onunla həmfikirdir.
Yeniliklərə əsasən, yarımfinal və final matçları “Dördlər finalı” formatında təşkil ediləcək. Belə olacağı təqdirdə isə yarımfinaldan etibarən ev-səfər görüşləri ləğv olunacaq.
Oxşar xəbərlər
Çempionlar Liqası və Avropa Liqasının həlledici mərhələlərinin püşkü atıldı
Çempionlar Liqasının və Avropa Liqasının 2019/20 mövsümünün son püşkatma mərasimi keçirilib. BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəh...