Çempionlar Liqasının finalı İstanbuldan alınır? - UEFA-dan AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkisindən sonra ölkədə yarana biləcək siyasi abu-havaya görə Çempionlar liqasının final matçının İstanbuldan alına biləcəyi iddia edilib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, UEFA açıqlamasında iddiaların həqiqəti əks etdirmədiyini və finalın iyunun 10-da İstanbulun Atatürk Olimpiya Stadionunda keçiriləcəyini bildirib.
Qeyd edək ki, "Daily Mail" Türkiyədə keçiriləcək prezident seçkisindən sonra ölkədə yarana biləcək qarışıqlıq səbəbindən UEFA-nın Çempionlar Liqasının finalını İstanbuldan ala biləcəyini iddia etmişdi.
Oxşar xəbərlər
44 idmançımız Olimpiadada nə vaxt çıxış edəcək? - TARİXLƏR
Bu gün Bakı vaxtı ilə saat 15:00-da Tokio Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək. Sabahdan etibarən əsas yarışlara start veriləcək. BAKU.WS "oxu.a...