Çempionlar Liqasının finalı azarkeşlərlə keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Bu mövsüm UEFA Çempionlar Liqasının final oyunu azarkeşlərin iştirakı ilə keçiriləcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Avropada peyvəndləmə prosesinin sürətlənməsini nəzərə alan qitə futbol qurumu həlledici matça məhdud sayda tamaşaçının buraxılacağına ümid edir.
Həmçinin UEFA turnirin bəzi 1/8 final görüşlərinin neytral meydanlara salınmasına baxmayaraq, növbəti mərhələlərdə ənənəvi formatda təşkil olunacağına inanır.
Qurum daha əvvəl AVRO-2020-nin azarkeşlərlə keçiriləcəyini açıqlayıb.
Qeyd edək ki, final oyunu mayın 29-da Türkiyənin İstanbul şəhərində gerçəkləşəcək.
Oxşar xəbərlər
Çempionlar Liqası: 14 milyard avroluq tamaşa başlayır
2020/2021 mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində çıxış edəcək klubların dəyəri açıqlanıb. BAKU.WS report-a istinadən xəbər verir ki, iştira...