Bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində vurulan ən gözəl qol seçildi - VİDEO

Bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində vurulan ən gözəl qol seçildi - VİDEO
Video
İdman 115

"Qalatasaray"da çıxış edən Kerem Aktürkoğlunun "Mançester Yunayted" matçında vurduğu qol Çempionlar Liqasının qrup mərhələsinin ən yaxşı qolu seçilib.

BAKU.WS-in xəbərinə görə, bu barədə UEFA paylaşım edib.

Siyahıda ikinci yerdə isə "Kopenhagen" matçında "Qalatasaray"dan Tetenin vurduğu qol yer alıb.

Çempionlar Liqasında qrup mərhələsinin ən yaxşı qolları siyahısında "RB Leypsiq"in futbolçusu Xavi Simons 3-cü, "Mançester Siti"nin futbolçusu Erlinq Haaland 4-cü, "Mançester Yunayted"in futbolçusu Bruno Fernandes 5-ci, "Braqa"nın futbolçusu Bruma 6-cı, "Arsenal"dan Qabriel Jezus 7-ci, "Atletiko Madrid"dən Alvaro Morata 8-ci, "Yanq Boyz"dan Meşak Elia 9-cu, "Nyukasl Yunayted"dən Coelinton isə 10-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının A qrupu çərçivəsində keçirilən qarşılaşmada "Qalatasaray"a "Mançester Yunayted"lə oyunun 71-ci dəqiqəsində 3:3 hesablı bərabərlik gətirən Kerem Aktürkoğlunun qolu "Həftənin qolu" nominasiyasında qalib olmuşdu.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər