Çempionlar Liqası matçlarının yeni tarixi müəyyənləşdi

Çempionlar Liqası matçlarının yeni tarixi müəyyənləşdi
İdman 292

UEFA koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Çempionlar Liqası matçları ilə bağlı qərarını verib.

BAKU.WS xəbər verir ki, bu barədə "Report" "Corriere dello Sport'"a istinadən məlumat yayıb.

Məlumata görə, qitənin 1 nömrəli klub turnirində 1/8 final mərhələsinin oyunları tamamlandıqdan dərhal sonra 1/4 finalın püşkü atılacaq.

İddiaya görə, bu mərhələnin qarşılaşmaları 11-15 avqust tarixlərində, yarımfinal görüşləri isə 18-22 avqustda olacaq.

Final matçının isə avqustun 29-da baş tutacağı bildirilib.

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində "Yuventus" (İtaliya) - "Lion" (Fransa) (ilk oyun - 1:1), "Mançester Siti" (İngiltərə) və "Real Madrid" (İspaniya) (ilk oyun - 2:1), "Barselona" (İspaniya) və "Napoli" (İtaliya) (ilk oyun 1:1) və "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) (ilk oyun - 3:0) matçları pandemiya səbəbindən qeyri-müəyyən müddətədək təxirə salınıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər