Avropa çempionatının final mərhələsi təxirə salındı

Avropa çempionatının final mərhələsi təxirə salındı
Sosial 150

UEFA koronavirus pandemiyasına görə daha bir turnirin vaxtını dəyişib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 21 may - 6 iyun tarixləri arasında Estoniyada keçirilməli olan 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında Avropa çempionatının final mərhələsinin oyunları qeyri-müəyyən müddətədək təxirə salınıb.

Turnirin yeni tarixi barədə qarşıdakı günlərdə məlumat veriləcəyi bildirilib.

Qeyd edək ki, UEFA daha əvvəl Çempionlar Liqasında 1/4 final mərhələsinin "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya), "Yuventus" (İtaliya) - "Lion" (Fransa), "Barselona" (İspaniya) - "Napoli" (İtaliya), "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) görüşlərini, AL-in 1/8 final mərhələsinin martın 19-da keçirilməli olan cavab qarşılaşmalarını, Gənclər Liqasında 1/8 və 1/4 final mərhələlərinin 17-20 apreldə oynanılması planlaşdırılan matçlarını təxirə salıb. Həmçinin AVRO-2020-nin vaxtı 2021-ci ilin yayına, Millətlər Liqasının qarşılaşmaları martın 26-dan iyunun 2-nə, finallar isə martın 31-dən iyunun 6-na keçirilib.

Oxşar xəbərlər

Çempionlar Liqasında növbəti mərhələyə yüksələn klublar məlum oldu - VİDEO

Çempionlar Liqasında növbəti mərhələyə yüksələn klublar məlum oldu - VİDEO

UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub. BAKU.WS xəbər verir ki, VI turun son oyun günündə qruplardakı yekun durum müəyyənləşib. 1/8 finala yük...

657 İdman 09:17 12 dekabr 2019

Son xəbərlər