Çempionlar Liqası: 2023/2024 mövsümündə ən çox pul mükafatı alan klublar - SİYAHI

Çempionlar Liqası: 2023/2024 mövsümündə ən çox pul mükafatı alan klublar - SİYAHI
İdman 4

UEFA-dan ən çox pul mükafatı alan ilk 10 komanda açıqlanıb.

BAKU.WS bu barədə İspaniyanın "AS" nəşrinə istinadən xəbər verir.

Mənbəyə görə, siyahıya Madrid "Real"ı liderlik edir. "Kral klubu" 79,8 milyon avro mükafat alıb.

İkinci yerdə 76,6 milyon avro ilə "Bavariya", üçüncü yerdə isə 76,4 milyonla "Mançester Siti" qərarlaşıb.

Reytinq cədvəlini təqdim edirik:

1. "Real Madrid" (İspaniya) 79,8 milyon avro;

2. "Bavariya" (Almaniya) 76,6 milyon avro;

3. "Mançester Siti" (İngiltərə) 76,4 milyon avro;

4. "Barselona" (İspaniya) 71,5 milyon avro;

5. "Atletiko Madrid" (İspaniya) 71 milyon avro;

6. PSJ (Fransa) 63,8 milyon avro;

7. "Porto" (Portuqaliya) 63,5 milyon avro;

8. "Borussia Dortmund" (Almaniya) 63,5 milyon avro;

9. "Arsenal" (İngiltərə) 63,3 milyon avro;

10. "Napoli" (İtaliya) 58 milyon avro.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər