"Çelsi"nin yarımmüdafiəçisi "Atletiko" İlə müqavilə imzlayacaq

Çelsinin yarımmüdafiəçisi  Atletiko İlə müqavilə imzlayacaq
İdman 18

"Çelsi"nin yarımmüdafiəçisi Konor Qallaher, Madridin "Atletiko" klubuna keçməyə çox yaxındır.

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə futbol jurnalisti Fabrizio Romano məlumat yayıb.

Məlumata görə, Qallaher çərşənbə günü tibbi müayinədən keçəcək və Madrid klubu ilə beş illik müqavilə imzalayacaq. "Atletiko" Qallaher üçün 42 milyon avro ödəyəcək.

Qeyd edək ki, keçən mövsüm İngiltərə çempionatında Qallaher 37 oyun keçirib, 5 qol vurub və 7 məhsuldar ötürmə edib. Avropa çempionatında "Çelsi"nin yetirməsi İngiltərə millisinin tərkibində beş oyunda iştirak edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Türkiyədə çıxış edən ən dəyərli 5 futbolçu - FOTO

Türkiyədə çıxış edən ən dəyərli 5 futbolçu - FOTO

Milyonlarla futbolsevərin yaxından izlədiyi Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) Türkiyə Super Liqasında 25 yaşdan kiçik futbolçuların təxmini transfer...

12 İdman 13:15 20 fevral 2024

Son xəbərlər