Cessika Qədirova dünya çempionu oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan əsilli gimnast Cessika Qədirova dünya çempionu adını qazanıb.
BAKU.WS xəbər verir ki, Britaniya bayrağı altında çıxış edən Cessika qadınların sərbəst yarışında 14,200 xal qazanaraq dünya çempionu adını qazanıb.
İngiltərənin Liverpul şəhərində keçirilən dünya birinciliyində 2-ci yeri ABŞ təmsilçisi Cordan Çayls (13.833 xal), 3-cü yeri isə braziliyalı Rebeka Andrade (13.733 xal) tutub.
Gimnastika üzrə dünya çempionatı oktyabrın 29-da start götürüb və noyabrın 6-da bitəcək. 18 yaşlı Cessika əkiz bacısı Cenniferlə birlikdə əslən azərbaycanlıdır.
Onlar İrlandiyanın Dublin şəhərində dünyaya gəliblər və beynəlxalq yarışlarda Böyük Britaniyanı təmsil edirlər.
Oxşar xəbərlər
Azərbaycan əsilli gimnast dünya çempionatında tarixi nəticəyə imza atıb
Böyük Britaniyanı təmsil edən Azərbaycan əsilli idman gimnast Cesika Qədirova İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatında bürünc medal əldə ed...