Çempionlar Liqasının Liqa mərhələsində növbəti mövsümün 16 iştirakçısı müəyyənləşdi
UEFA Çempionlar Liqasında növbəti mövsümün Liqa mərhələsinə vəsiqə qazanan bəzi komandalar müəyyənləşib.
BAKU.WS xəbər verir ki, siyahıda 16 komanda yer alır.
Belə ki, artıq Almaniyanın "Bavariya" və "Borussiya Dortmund", İspaniyanın "Real Madrid", "Barselona", "Atletiko Madrid" və "Vilyarreal", Fransanın PSJ və "Lans", İtaliyanın "İnter", İngiltərənin "Mançester Siti", "Arsenal" və "Mançester Yunayted", Portuqaliyanın "Portu", Niderlandın PSV və Almaniyanın "Leyptsiq" klubları əsas mərhələdə iştirak hüququ qazanıblar.
Türkiyənin "Qalatasaray" komandası da Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqəni rəsmiləşdirib.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünün ilk turunun oyun cədvəli açıqlanıb
Misli Premyer Liqasının 2026/2027 mövsümünün I turunun oyun cədvəli açıqlanıb. Bu barədə BAKU.WS-ə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətindən bildirilib...