Çempionlar Liqası: "Sabah" Buxarestdə "Hapoel"ə qarşı matçda dəstəksiz qalmayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
"Sabah" UEFA Çempionlar Liqasının pley-off mərhələsində Rumıniyanın paytaxtı Buxarestdə "Hapoel"ə (Beer-Şeva) qarşı keçirəcəyi səfər matçında dəstəksiz qalmayacaq.
BAKU.WS xəbər verir ki, bu barədə report-a Bakı klubunun mətbuat katibi Elnur Həmidov bildirib.
Onun sözlərinə görə, Rumıniyada yaşayan azərbaycanlıların komandaya stadiodan dəstək verməsi gözlənilir. Bu barədə kluba artıq müraciətlər də daxil olub. Lakin konkret say oyun günündə bəlli olacaq.
Klub rəsmisi komandanın səfərə bu gün günorta saatlarında çarter reysi ilə yollanacağını da bildirib.
Qeyd edək ki, "Hapoel" - "Sabah" matçı avqustun 19-da, Bakı vaxtı ilə saat 23:00-da Buxarestdəki "Quleşti" stadionunda start götürəcək.
Komandalar arasında cavab matçı avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Bu qarşılaşmaya saat 20:45-də start veriləcək.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...