Cəbrayıl Hacıyev Avropa çempionatında bürünc medal qazanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev (79 kq) Albaniyanın paytaxtı Tiranada təşkil olunan Avropa çempionatında bürünc medal qazanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, təmsilçimiz Rasul Şapiyevi (Şimali Makedoniya) 8:0 hesabı ilə üstələyib.
Azərbaycanın digər güləşçisi Rəşid Babazadə (65 kq) bürünc medal görüşündə ermənistanlı Vazgen Tevanyana 0:7 hesabı ilə uduzub.
Beləliklə, Avropa çempionatının altıncı günündə Azərbaycan güləşçiləri iki medal qazanıblar.
Xatırladaq ki, daha əvvəl İslam Bazarqanov (57 kq) Avropa çempionu adına yiyələnib. Sabah isə Azərbaycanın 4 sərbəst güləşçisi - Ali Tsokayev (92 kq), Arseniy Djioyev (86 kq), Giorgi Meşvildişvili (125 kq) və Turan Bayramov (74 kq) fəxri kürsünün ən yüksək pilləsində yer almaq üçün döşək üzərinə çıxacaqlar. Nürəddin Novruzov (61 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...