Canni De Byazi: "Ümid sonda ölür"

Canni De Byazi: Ümid sonda ölür
İdman 68

"Maksim Medvedev və Anton krivotsyuk oynamayacaq. Düşünürəm ki, sabah meydana Dublindəki heyətə yaxın "11-lik" çıxacaq".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Portuqaliyaya qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.

İtaliya mütəxəssis bildirib ki, ümid sonda ölür: "Amma biz daha çox faktlara fikir verməliyik. FIFA reytinqində 47-ci yerdə gedən komandaya qarşı yaxşı oynadıq. Baxımlı oyun göstərdik. İntensivliyi 90 dəqiqə qorumalıyıq".

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Portuqaliya matçı saat 20:00-da start götürəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər