Bu gün Zabit Səmədovun doğum günüdür

Bu gün Zabit Səmədovun doğum günüdür
İdman 21

Bu gün Azərbaycanın tanınmış kikboksçularından biri, "Mauqli" ləqəbi ilə məşhurlaşan Zabit Səmədov doğum gününü qeyd edir. İdmançı 21 iyun 1984-cü ildə anadan olub.

Zabit Səmədov karyerası ərzində K-1, Muay Tay və kikboksinq üzrə nüfuzlu turnirlərdə uğurlar qazanıb. O, 2009-cu ildə K-1 World Grand Prix turnirinin qalibi olub, müxtəlif dünya və Avropa çempionatlarında çempionluq sevinci yaşayıb.

"Mauqli" ləqəbli idmançı beynəlxalq arenalarda Azərbaycan bayrağını yüksəldərək ölkənin ən tanınmış döyüşçülərindən birinə çevrilib.

Qeyd edək ki, Zabit Səmədov idman karyerası ilə yanaşı, televiziya və kino layihələrində də iştirak edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər