Böyük Dəbilqə: Hidayət Heydərov və Elcan Hacıyev bürünc medal qazanıb - YENİLƏNİB

Böyük Dəbilqə: Hidayət Heydərov və Elcan Hacıyev bürünc medal qazanıb - YENİLƏNİB
İdman 61

Bakıda keçirilən cüdo üzrə Böyük Dəbilqədə Azərbaycan yığması 5-ci medalını qazanıb.

BAKU.WS "report"a istinadən xəbər verir ki, 81 kq çəki dərəcəsində yer alan Elcan Hacıyev bürünc medala sahib olub. O, 3-cü yer uğrunda görüşdə Hasil Cəfərovu vaza-ari xalı ilə məğlub edib.

Qeyd edək ki, hazırda Azərbaycan millisinin aktivində 1 qızıl, 1 gümüş, 3 bürünc medal var. Daha əvvəl Orxan Səfərov (66 kq) qızıl, İçinxorlu Munxtsedev (57 kq) gümüş, Rövşən Əliyev (60 kq) və Hidayət Heydərov (73 kq) bürünc medal əldə edib.

***17:48

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən Böyük Dəbilqədə bürünc medal görüşünə çıxıb.

BAKU.WS «report"a istinadən xəbər verir ki, 73 kq-da yer alan idmançının rəqibi almaniyalı Lukas Vennekold olub.

Qarşılaşmanın əsas vaxtında hesab açılmayıb. Qızıl xal bölümündə vazari ilə qalib gələn Heydərov 3-cü yeri tutub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər