"Böyük dəbilqə": Azərbaycanın daha iki cüdoçusu medal qazanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirinin son günündə Azərbaycanın daha iki cüdoçusu medal qazanıb.
BAKU.WS xəbər verir ki, 90 kq çəki dərəcəsində yarışan Vüqar Talıbovla Elcan Hacıyev finalda qarşılaşıblar.
Azərbaycan cüdoçularının mübarizə apardığı finalda Elcan Hacıyev daha üstün olub və qızıl medal əldə edib. Vüqar Talıbov isə gümüş medal sahibi olub.
Digər Azərbaycan təmsilçisi Camal Qamzatxanov (+100 kq) finalda tacikistanlı cüdoçu Temur Rakimovla yarışacaq.
Bürünc medal uğrunda mübarizə aparan Kənan Nəsibov (+100 kq) isə özbəkistanlı Utkirbek Turoboyevlə üz-üzə gələcək.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...