"Böyük Dəbilqə": Azərbaycanın 5 cüdoçusu mübarizəyə qoşulacaq
Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turniri bu gün başa çatacaq.
BAKU.WS xəbər verir ki, sonuncu yarış günündə üç çəki dərəcəsində 5 cüdoçumuz 1/16 final mərhələsindən mübarizəyə qoşulacaq.
81 kq çəki dərəcəsində Zelim Tçkayev, Vanq Cian-nan (Çin) - Lova Mahaisoa Randrianasolo (Madaqaskar) cütlüyünün,Vüsal Qələndərzadə Saşa Jiqli (fransa) - Mixaylo Svidrak (Ukrayna) tandeminin qalibi ilə üz-üzə gələcək.
100 kq çəki dərəcəsində Əjdər Bağırov Denis Sedrik Nquyassa Bekai (Mərkəzi Afrika Respublikası) ilə mübarizə aparacaq.
+100 kq çəki dərəcəsində Uşanqi Kokauri almaniyalı Marvin Belzlə, Kənan Nəsibov isə avstriyalı Ştefan Heqi ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl Balabəy Ağayev (60 kq) qızıl mükafata sahib çıxıb. Ruslan Paşayev (66 kq) isə bürünc medal qazanıb.
"Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.
Oxşar xəbərlər
Nəriman üçün icazə alındı: ABŞ-yə gedir
"Kolambus Kryu" klubu ilə anlaşan Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin ABŞ-yə getmək üçün iş icazəsi alınıb. BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər v...