"Borussia Dortmund" klubu zədəli olan Emre Canla müqaviləni uzatdı

Borussia Dortmund klubu zədəli olan Emre Canla müqaviləni uzatdı
İdman 16

Almaniyanın "Borussia Dortmund" klubu kapitanı Emre Can ilə müqaviləni uzadıb.

BAKU.WS kluba istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə 30 iyun 2027-ci ilədək qüvvədə olacaq.

Komandanın idman direktoru Lars Ricken bildirib ki, Emre Can həm kapitan, həm də kollektiv üçün nümunəvi liderdir:

"Emre bizim kapitanımız və əsl örnəkdir. O, liderdir, daim komandanı ön planda tutur. Ciddi zədə aldıqdan dərhal sonra da onu dəstəkləmək istədiyimizi demişdik. İndi onun əsas məqsədi tam bərpa olunmaqdır və biz onun meydana qayıdışını səbirsizliklə gözləyirik".

Qeyd edək ki, futbolçu 28 fevral tarixində Bundesliga çərçivəsində "Bayern Munich" ilə keçirilən və 2:3 hesabı ilə başa çatan oyunda sol dizinin ön çarpaz bağlarını qoparıb.

Emre Can 2020-ci ilin yanvarından etibarən Dortmund təmsilçisinin formasını geyinir. Bu müddət ərzində o, bütün turnirlər daxil olmaqla 220 oyunda iştirak edib, 23 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər