Boksçumuz “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarının finalına yüksəlib.
92 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən dünya çempionatının mükafatçısı finala gedən yolda Nelvi Ram Tiafakla (Almaniya) gücünü sınayıb.
Görüş boksçumuzun inamlı qələbəsi ilə başa çatıb. M.Abdullayev rəqibini 4:1 (29:28, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə məğlub edərək, çempionluq şansını davam etdirib.
O, finala çıxmaqla özü üçün “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziyanı da rəsmiləşdirib. Bu, boksçularımızın Fransada təşkil olunacaq Olimpiadaya ikinci vəsiqəsi olub. Ondan əvvəl Murad Allahverdiyev (80 kq) bu uğura yiyələnib.
Oxşar xəbərlər
Boksçumuz Murad Allahverdiyev Avropa Oyunlarını bürünc medalla başa vurub - FOTO
Azərbaycan boksçusu Murad Allahverdiyev (80 kq) Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb. “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenzi...