Boatengdən etiraf: "Həmişə "Real"ı sevmişəm, amma "Barselona"da oynamaq üçün yalan danışmışam"
Yeniliklərdən dərhal xəbərdar olun
Keçmiş "Barselona" yarımmüdafiəçisi Kevin-Prins Boateng maraqlı etirafla gündəmə gəlib.
BAKU.WS-in məlumatına görə, qanalı futbolçu bildirib ki, əslində həmişə Madrid "Real"ının azarkeşi olub və Kriştiano Ronaldonu dünyanın ən yaxşı futbolçusu hesab edib.
2019-cu ildə icarə əsasında "Barselona"nın formasını geyinmiş Boateng həmin dövrdə mətbuat konfranslarında fərqli mövqe sərgilədiyini etiraf edib.
"Ən sevdiyim komanda həmişə "Real" Madrid olub. Mən Kriştiano Ronaldonu dünyanın ən yaxşı oyunçusu hesab edirdim. Amma "Barselona"da oynamaq üçün mətbuat konfranslarında yalan danışmalı olurdum", – deyə o bildirib.
Qeyd edək ki, Kevin-Prins Boateng karyerası ərzində "Herta", "Milan", "Tottenhem", "Ayntraxt", "Las-Palmas" və digər klublarda da çıxış edib. O, 2019-cu ildə qısa müddətlik "Barselona"nın heyətində yer almışdı.
Oxşar xəbərlər
"Liverpul" "Qalatasaray"ın yeni transferinə "elçi düşüb"
İngiltərənin "Liverpul" klubu "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakova maraq göstərir. Mersisayd təmsilçisinin skautları futbolçunun çıxışını canlı iz...