Beynəlxalq yarışda uğur qazanan qadın karateçi: "Ancaq oğlanlar barədə danışılmamalıdır"
Karateçi Mədinə Sadıqova Baku TV-yə müsahibəsində cəmiyyətdə qadın idmançılara münasibət və qazandığı uğurlar barədə danışıb.
Onun sözlərinə görə, tez-tez "karate nədir, qız nədir?!", "bu idmana necə dözürsən?" kimi suallarla qarşılaşır. Lakin dünya arenasına çıxanda bütün bu stereotiplər arxa planda qalır və yalnız bir anlayış önə çıxır - azərbaycanlı qadın idmançı.
Karateçi bildirib ki, ölkəsini məhz bu adla təmsil etmək onun üçün böyük fəxrdir.
Mədinə Sadıqova vurğulayıb ki, qadın idmançının uğurundan danışılması, televiziya və digər platformalarda bu nailiyyətlərin gündəmə gətirilməsi ona xüsusi motivasiya verir.
Karateçi qeyd edib ki, gənc qadın idmançılara hər zaman eyni tövsiyəni verir:
"Bir dəfə beynəlxalq arenada Azərbaycan himnini səsləndirə bilsələr, kənardan deyilən sözlərin heç bir əhəmiyyəti qalmayacaq".
Oxşar xəbərlər
Aslan Kərimov: "Ayntraxt" güclüdür, amma keçilməz deyil
"Çempionlar Liqası səviyyəsində rəqiblər arasında güc fərqləri əsasən nisbidir və "Qarabağ"ın qarşılaşacağı "Ayntraxt Frankfurt" da keçilməz komanda deyil. Alma...