"Beşiktaş"ın transfer etmək istədiyi Marko Roys qərarını verdi

Beşiktaşın transfer etmək istədiyi Marko Roys qərarını verdi
İdman 92

Almaniya Bundesliqasında çıxış edən "Borussiya Dortmund"un futbolçusu Mark Roys gələcək karyerasında çıxış etmək istədiyi klubun adını açıqlayıb.

Bu barədə populyar futbol jurnalisti Fabrizio Romano bildirib.

O qeyd edib ki, "Beşiktaş"ın gündəmində olduğu iddia edilən Marko Roys Almaniyadan ayrıldıqdan sonra karyerasını MLS-də davam etdirməyi düşünür.

Roys bu mövsüm 39 rəsmi matçda 8 qol vurub və 9 məhsuldar ötürmə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər