"Beşiktaş"ın Bakıya səfər proqramı açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Sabah"la xeyriyyə matçında qarşılaşacaq Türkiyə "Beşiktaş"ının Bakıya səfər proqramı açıqlanıb.
BAKU.WS klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Azərbaycan paytaxtına oyun günü - mayın 13-də gələcək. Komandanı gətirəcək təyyarə Bakı vaxtı ilə saat 16:00-da havaya qalxacaq.
"Qara qartallar" "Hilton" hotelində məskunlaşacaqlar. Superliqa təmsilçisi oyundan dərhal sonra Türkiyəyə qayıdacaq.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 18:00-da başlayacaq. Matçdan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.
Oxşar xəbərlər
“Beşiktaş”ın Bakıya gələcəyi DƏQİQLƏŞDİ
“Qalatasaray”dan sonra daha bir İstanbul nəhəngi Bakıya gələcək. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, “Beşiktaş” Azərbaycan paytaxtında matç keçirəcək. “Q...