"Beşiktaş"a yeni baş məşqçi təyin edilib

Beşiktaşa yeni baş məşqçi təyin edilib
İdman 81

Türkiyənin “Beşiktaş” komandasının yeni baş məşqçisi müəyyənləşib.

BAKU.WS klubun rəsmi saytına istinadla xəbər verir ki, Super Liqa komandası fransalı məşqçi Valeryen İsmaellə 1+1 illik müqavilə imzalayıb. O, bu vəzifədə Öndər Karavelini əvəzləyib.

Xatırladaq ki, fransalı mütəxəssis karyerası ərzində İngiltərənin “Vest Bromviç”, “Barnsli”, Almaniyanın “Volfsburq”, “Nürnberq” və Avstriyanın “LASK” kollektivlərinin baş məşqçisi olub.

Futbolçu karyerası ərzində Fransanın "Strasburq" və "Lans", Almaniyanın "Verder" (Bremen), eləcə də "Bayern" (Münhen) klublarının formasını geyinib.

İsmael Fransanın U-18 və U-21 yığmalarının heyətində ümumilikdə 20 qarşılaşmada meydana çıxaraq 4 qol vurub. 1997-i ildə U-21 komandasında çıxışını başa vuran futbolçu sonradan bir dəfə də olsun Fransanın əsas yığmasına dəvət almayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər