Belarus – Azərbaycan oyunu Serbiyada keçirilə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan yığmasının Millətlər Liqasının qrup mərhələsində Belarusla səfər oyunu Serbiyada keçirilə bilər.
BAKU.WS "apasport.az"a istinadən xəbər verir ki, Belarus Futbol Federasiyası bununla bağlı araşdırma aparır.
Qurum turnir çərçivəsində ev matçlarını Serbiyada keçirməyi ən doğru variant hesab edir. Ancaq hələlik yekun qərar verilməyib.
Qeyd edək ki, UEFA martın 3-də Belarus millisinə və klublarına sanksiya tətbiq edərək, onların ev oyunlarını neytral stadionlarda, tamaşaçısız keçirməsini qərara alıb.
Millətlər Liqasında C liqasının III qrupunda Azərbaycanla eyni qrupda yer alan Belarus millimizlə ev oyununu iyunun 6-da keçirəcək.
Oxşar xəbərlər
“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırıb - (YENİLƏNİB)
UEFA Çempionlar Liqasının III seçmə mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Molde” (Norveç) oyunu başa çatıb. BAKU.WS xəbər verir ki, ilk hissə komandamız...