“Bazel” – “Qarabağ” oyununun hakimləri açıqlandı

“Bazel” – “Qarabağ” oyununun hakimləri açıqlandı
İdman 149

UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin 6-cı turunda keçiriləcək “Bazel” – “Qarabağ” oyununu xorvatiyalı referi Fran Yoviç idarə edəcək.

BAKU.WS klubun yaydığı məlumata istinadən xəbər verir ki, Hrvoye Radiç və Luka Puşiç köməkçi hakimlərdir. Dördüncü hakim funksiyasını İvana Martinçiç yerinə yetirəcək.

"Sankt Yakob Park"da keçiriləcək “Bazel” – “Qarabağ” görüşü dekabrın 9-u saat 21:00-da (Bakı vaxtı ilə 00:00) baş tutacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər