"Bayer Leverkuzen" klubu yeni baş məşqçisi ilə razılığa gəldi

Bayer Leverkuzen klubu yeni baş məşqçisi ilə razılığa gəldi
İdman 16

İspaniyalı çalışdırıcı Karles Martines Almaniyanın "Bayer Leverkuzen" klubunun yeni baş məşqçisi olacaq.

BAKU.WS xəbər verir ki, bunu Jurnalist Florian Plettenberq sosial mediada açıqlayıb.

"Razılıq əldə edilib. Bu həftə elan edilməsi gözlənilir. Müqavilə 2028-ci ilə qədərdir. 42 yaşlı mütəxəssis hücum futbolunu təbliğ edir və həm gənc istedadlar, həm də təcrübəli oyunçularla işinə görə yüksək qiymətləndirilir. O, tezliklə ayrılacağı gözlənilən Kasper Hjulmannı əvəz edəcək", - Plettenberq yazıb.

Karles Martines 2023-cü ildən bəri Fransanın "Tuluza" klubuna rəhbərlik edir. Daha əvvəl onun 2026-cı ilin iyun ayında müqaviləsi bitdikdən sonra klubdan ayrılacağı bildirilirdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər