Basketbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu reallaşıb
Basketbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir görüşü reallaşıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, ikinci oyun günündə "Gəncə" "Ordu" kollektivi ilə qarşılaşıb.
Qarşılaşma qərb təmsilçisinin 81:62 hesablı qələbəsi ilə yekunlaşıb. Halil Atlının yetirmələri 1/4 finalda "Sərhədçi" ilə üz-üzə gələcək.
Günün ikinci duelində "Sumqayıt" "Neftçi" ilə münasibətlərinə aydınlıq gətirəcək. Matç saat 19:00-da start götürəcək.
Qeyd edək ki, ötən gün "Abşeron" "Quba"nı (96:94), NTD "Lənkəran"ı (87:73) məğlub edib. "Naxçıvan", "Sabah", "Sərhədçi" və "Şəki" komandaları mübarizəyə 1/4 finaldan start verəcəklər.
Oxşar xəbərlər
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Azərbaycan güləşçisi Eldəniz Əzizli Astanada keçirilən dünya çempionatında qızıl medal qazanıb. BAKU.WS xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində çıxış edən...